Çempionluğu gözlənilməz sayılanlar -SİYAHI
Avropa liqalarında gözlənilmədən çempion olan futbol komandaları ilə bağlı araşdırma aparılıb.
Sportfm.az xəbər verir ki, "Squawka" nəşri siyahıya 14 klubu daxil edib. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiya "Tvente"sinin 2010-cu il çempionluğu da siyahıda yer alıb. 31 yaşlı yarımmüdafiəçi liqada əsas komandanın heyətində debüt etməsə də, çempionluq sevinci yaşayıb.
Türkiyənin "Bursaspor" klubunun 2010-cu ildə çempion olması da gözlənilməz nəticələrdən hesab olunub.
Sürpriz çempionlar: “Blekbörn Rovers" (İngiltərə - 1995), “Nant” (Fransa - 1995), “Kayzerslautern” (Almaniya - 1998), “Genk” (Belçika - 1999), “Deportivo La Korunya” (İspaniya - 2000), “Boavişta” (Portuqaliya - 2001) , “Rubin” (Rusiya – 2008, 2009), “Volfsburq” (Almaniya - 2009), AZ (Niderland - 2009), “Bursaspor” (Türkiyə - 2010), “Tvente” (Niderland - 2010), “Monpelye” (Fransa - 2012), “Lester” (İngiltərə - 2016), PAOK (Yunanıstan - 2019).
Oxşar xəbərlər
Azərbaycan kubokunda mövsüm başa çatdı
“Neftçi” - “Qarabağ” - Statistika
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
Kuboku kim qazanacaq?
TPL-in 3-cü turu rəqəmlərin gözü ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası