Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Hövsan FIFA U-15 dünya çempionatına tam hazırdır
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatı və festivalına tam hazırdır.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə 4000-ə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılır.
Çempionat çərçivəsində 1000-ə yaxın oyun təşkil olunacaq. Qarşılaşmaların əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb.
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşləri Bakı Kristal Zalında keçiriləcək.

Oxşar xəbərlər
Venger Hövsan Yarış Kompleksinə baş çəkdi
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
Rövşən Nəcəf futbolçulara müraciət etdi - Dünya çempionatı
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq davam edir
Dünya çempionatı və festivalının detalları məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası