Həndbolçularımız Türkiyədən məğlubiyyətlə dönür
Ayağa qalxacam, ancaq başqa istiqamətə yönələcəm
Türkiyədə qadın həndbolçular arasında 15 iyul şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb.
Sportfm.az xəbər verir ki, yarışa 2 klubla qatılan Azərbaycan qonşu ölkədən qələbəsiz qayıdır.
Belə ki, yerli federasiya turnirdə "Azəryol" və "Azərsu"nun çıxışını məqsədəuyğun sayıb. Avrokubokda da mübarizə aparacaq "yolçəkənlər" ilk turda "Ardeşen"lə üz-üzə gəliblər. Həndbolçularımız 27:31 hesabı ilə uduzublar. "Azərsu" isə "Zağnosspor"la bacarmayıb. Rəqib 35:25 hesabı ilə qalib gəlib.
İkinci oyun günü də təmsilçilərimiz türklərlə bacarmayıblar. "Azəryol" "Zağnosspor"la heç-heçə (28:28) etdiyi halda, digər klubumuz "Ardeşen"ə uduzub (27:33).
Nəticədə Türkiyə təmsilçiləri finalda üz-üzə gəliblər və 36:30 hesabı ilə qələbə qazanan "Ardeşen" yarışın qalibi adına yiyələnib.
Oxşar xəbərlər
Azərbaycan çempionatında fasilə başa çatdı
"Azərsu" məğlub olsa, çempiondur
“Qarabağ” həndbolçuları “Azərsu” kollektivini minimal hesabla məğlub etdi
"Azərsu" turnir cədvəlinin vahid liderinə çevrildi
"Nur" qələbələri sıralayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası