reklam
Sportfm.az xəbər saytı

"Azərsu" turnir cədvəlinin vahid liderinə çevrildi


Qadın həndbolçular arasında Azərbaycan çempionatında 14-cü tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, turun mərkəzi oyununda "Azərsu" və "Azəryol" komandaları üz-üzə gəliblər. Oyun "Azərsu" komandasının 38:26 hesablı asan qələbəsi ilə yekunlaşıb. Digər matç isə "İdman Akademiyası"nın kollektivi ilə "Qarabağ" həndbolçuları arasında keçirilib. Oyunun favoriti sayılan "Qarabağ" rəqibindən üstün olub- 36:24.

Xatırladaq ki, turun ilk oyununda “Gənclər Birliyi” komandası ilə qarşılaşan "Nur" rəqibini böyük hesabla məğlub edib - 44:18.

Beləliklə, aktivindəki xalların sayını 24-ə çatdıran "Azərsu" turnir cədvəlinin vahid liderinə çevrilib. Rəqibindən 4 xal geri qalan "Azəryol" ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 17 xalla "Qarabağ" həndbolçuları tamamlayırlar. "Nur" 16 xalla dördüncü, "Gənclər Birliyi" 4 xalla beşinci, "İdman Akademiyası" isə 2 xalla sonuncudur.

Oxşar xəbərlər

Azərbaycan çempionatında fasilə başa çatdı
“Azəryol” liderlə xal fərqini aradan qaldırdı
"Azərsu" məğlub olsa, çempiondur
"Qarabağ"ı udub üçüncü pilləyə yüksəldilər
“Qarabağ” həndbolçuları “Azərsu” kollektivini minimal hesabla məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər