

"Azərsu" məğlub olsa, çempiondur
Qadın həndbolçular arasında Azərbaycan çempionatında sonuncu tura start verilib.
Sportfm.az xəbər verir ki, 20-ci turun ilk oyun günündə Mingəçevirin “Nur” komandası “Kür” Olimpiya İdman Mərkəzində “Azəryol”u qəbul edib. Ötən tur lider “Azərsu” ilə xal fərqini minimuma endirən “Azəryol” çempionluq ümidlərini sonadək qorumaq üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalı idi. Lakin paytaxt həndbolçuları buna nail ola bilməyiblər. Oyun 27:24 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu isə “Azərsu”nun çempionluğu vaxtından əvvəl rəsmiləşdirməsi deməkdir.
Turnir cədvəlinin autsayderi “İdman Akademiyası” ilə aprelin 28-də keçiriləcək oyunda favorit hesab edilən “Azərsu” məğlub olsa belə qızıl medallara sahib çıxacaq.
Qeyd edək ki, son oyun gününün digər qarşılaşmasında “Qarabağ” komandası “Gənclər Birliyi” kollektivini sınağa çəkəcək.
Oxşar xəbərlər
Azərbaycan çempionatında fasilə başa çatdı
Komandalarımız çempionatda mübarizəyə başladı
“Azəryol” liderlə xal fərqini aradan qaldırdı
“Qarabağ” həndbolçuları “Azərsu” kollektivini minimal hesabla məğlub etdi
"Azərsu" turnir cədvəlinin vahid liderinə çevrildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin