reklam
“Qarabağ” həndbolçuları “Azərsu” kollektivini minimal hesabla məğlub etdi
Sportfm.az xəbər saytı

“Qarabağ” həndbolçuları “Azərsu” kollektivini minimal hesabla məğlub etdi


Qadın həndbolçuların Azərbaycan çempionatında 17-ci turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, günün mərkəzi oyununda "Qarabağ" və "Azərsu" komandaları üz-üzə gəliblər. Görüşdə gözlənilmədən "Qarabağ" kollektivi minimal hesabla qalib gəlib - 30:29.

Günün digər oyunları isə favoritlərin asan qələbəsi ilə yekunlaşıb. "Azəryol" "Gənclər Birliyi"ni 31:20, "Nur" İdman Akademiyası"nı 38:16 hesabı ilə məğlub edib.

Aprelin 8-də kişi həndbolçular arasında ölkə birinciliyində pley-off mərhələsinin ikinci oyunları keçiriləcək. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələri "Məhsul"la, "Təhsil" komandası isə "Bakı" ilə qarşılaşacaq.

Qadın həndbolçular arasında 18-ci tura aprelin 12-də "Nur" - "Qarabağ" oyunu ilə start veriləcək. Aprelin 14-də isə "Azərsu" - "Gənclər Birliyi", "Azəryol" - "İdman Akademiyası" matçları ilə tura yekun vurulacaq.

Oxşar xəbərlər

Ölkə çempionatında 10 komanda mübarizə aparacaq
"Qarabağ"ı udub üçüncü pilləyə yüksəldilər
"Azərsu" turnir cədvəlinin vahid liderinə çevrildi
"Azərsu" və "Qarabağ" qalib gəldi
"Nur" qələbələri sıralayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər