"Ulleval" stadionunda "Qarabağ"ın ilkləri
Ötən gün səfərdə Norveçə 0:2 hesabı ilə uduzduğumuz 2018-ci il dünya çempionatının seçmə qrup matçında yığmamız sərgilədiyi zəif oyunla yadda qaldı.
Sportfm.az xəbər verir ki, "Ulleval" stadionunda keçirilən qarşılaşmada bir neçə ilk qeydə alındı. Belə ki, Azərbaycan futbolunun tarixində ilk dəfə ölkə çempionatında iştirak edən komandamızın futbolçuları fərqli yığmalarda DÇ-nın seçmə görüşündə bir-birinə qarşı mübaizə apardı. Bunlar yığmamızın heyətində çıxış edən "Qarabağ" klubunun futbolçuları və oyundan bir müddət öncə Ağdam klubuna transfer olunan Norveç millisinin üzvü Tarik Elyunussidir. Həmçinin, ilk dəfə olaraq bir Azərbaycan klubunun 10 futbolçusu iki fərqli yığmada, meydanda "tər tökdü". Bunlar start heyətində meydana daxil olan "Qarabağ"ın üzvləri - Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Riçard Almeyda, Qara Qarayev, Mahir Mədətov və yaşıl meydana sonradan ayaq basanlar - Ramil Şeydayev, Əfran İsmayılov, Tarik Elyunussi və Rahid Əmirquliyevdir.
Oxşar xəbərlər
Avropa Liqasında ən çox oyun keçirən futbolçular bilindi - "Qarabağ"ın kapitanı 66 matçda oynayıb
Pedro Enrikedən Baqali Daboya qədər - çempionatımızın ən bahalı futbolçuları
Ağdam təmsilçisi iştirak ərizəsini UEFA-ya təqdim etdi
Azərbaycan millisinin Norveçlə oyun üçün heyəti açıqlandı
Almaniyaya qarşı kim oynamalıdı? İdman mediamızın ideal "11-liy"i - SORĞU
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası