reklam
Almaniyaya qarşı kim oynamalıdı? İdman mediamızın ideal
Sportfm.az xəbər saytı

Almaniyaya qarşı kim oynamalıdı? İdman mediamızın ideal "11-liy"i - SORĞU


Azərbaycan milli komandasının hər rəsmi oyunu yaxınlaşdıqca start heyətində kimlərin yer alacağı böyük maraqla gözlənilir, geniş müzakirə obyektinə çevrilib. Sport24.az bunu həmkarlarımız arasında müzakirə etməyi məqsədəuyğun sayıb. Bu məqsədlə keçirilən soğruda sual konkret belə idi ki, Almaniyaya qarşı sizin ideal saydığınız "11-lik” necədi?
 
Məlum olduğu kimi, millimizin baş məşqçisi Robert Prosinekinin hər matçdan öncə keçirdiyi mətbuat konfransında start heyətini açıqlaması artıq ənənə halını alıb. Biz də bunadək sorğumuzu keçirərək nəticələrini açıqlayır, ən çox səs toplayanlardan ibarət "11-liyi” diqqətinizə çatdırırıq.

Qeyd edək ki, sorğumuzda qəzet, sayt və televiziyada çalışan həmkarlarımız iştirak etdi. Sorğuda 24 iştirakçı oldu ki, rəqəm bir növ rəmzi məna daşıyır. Axı "Neftçi”nin futbolçuları Ruslan Abışovla Namiq Ələsgərov zədələnərək heyətdən kənarda qalandan sonra xorvatiyalı mütəxəssisin sərəncamında 24 futbolçu qalıb.  Onu da bildirək ki, həmin "24-lük”dən 3 futbolçunun adını heç kim göstərməyib. Bu, qapıçı Aqil Məmmədov, müdafiəçi Ürfan Abbasov və yarımmüdafiəçi Elvin Məmmədovdu. 

Mahir Rüstəmli ("Futbol+” qəzeti): Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Əfran İsmayılov, Dəniz Yılmaz

İlkin Xəlilov (ATV): Kamran Ağayev, Rəşad Sadıqov, Maksim Medvedev, Tərlan Quliyev, Bədavi Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev, Emin Mahmudov, Dmitri Nazarov, Renat Dadaşov, Dəniz Yılmaz

Şəmsəddin Abbasov (CBC Sport): Kamran Agayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Pavel Paşayev, Emin Mahmudov, Eddi İsrafilov, Əfran İsmayılov, Renat Dadaşov, Agabala Ramazanov, Ramil Şeydayev

Ceyhun Rzayev (Xəzər TV): Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Ramil Şeydayev

Tural Xudiyev (Space): Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev , Rahid Əmirquliyev , Emin Mahmudov , Əfran İsmayılov, Ruslan Qurbanov, Ramil Şeydayev

Siyaviş Əliyev (İdman Azərbaycan): Kamran Ağayev , Bədavi Hüseynov , Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Emin Mahmudov, Qara Qarayev, Dmitri Nazarov, Ağabala Ramazanov, Ramil Şeydayev, Dəniz Yılmaz

Tural Dadaşov (İTV): Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Əfran İsmayılov, Ramil Şeydayev

Gəray Qiyasov (Lider TV): Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Dmitri Nazarov, Araz Abdullayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Renat Dadaşov

Ruslan Mikayıllı (Azerisport.com): Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Əfran İsmayılov, Emin Mahmudov, Dmitri Nazarov, Ruslan Qurbanov, Ramil Şeydayev 

İxtiyar Əsgərov (Apasport.az): Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Qara Qarayev, Dmitri Nazarov, Ruslan Qurbanov, Ağabala Ramazanov, Ramil Şeydayev

Elçin Cəlilov (Futbolpress.az): Kamran Ağayev, Rәşad Sadıqov, Bәdavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Dmitri Nazarov, Emin Mahmudov, Әfran İsmayılov, Cavid Hüseynov, Ramil Şeydayev

İbrahim Cəfərov (Futbolxeber.az): Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Pavel Paşayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Emin Mahmudov, Ruslan Qurbanov, Ramil Şeydayev, Ağabala Ramazanov

İlkin Vaqifoğlu (Sportinfo.az): Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Əfran İsmayılov, Eddi İsrafilov, Dmitri Nazarov, Ruslan Qurbanov, Ramil Şeydayev

Elşən Məmmədov (Report.az): Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Dəniz Yılmaz, Dmitri Nazarov, Əfran İsmayılov, Ramil Şeydayev

Elsevər Məmmədov (Qafqazinfo.az): Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Dmitri Nazarov, Cavid Hüseynov, Araz Abdullayev, Ramil Şeydayev, Deniz Yılmaz

Əli Sahib (Fanat.az): Kamran Ağayev, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Pavel Paşayev, Rahid Əmirquliyev, Qara Qarayev, Dmitri Nazarov, Əfran İsmayılov, Ruslan Qurbanov, Dəniz Yılmaz

Kənan Məstəliyev (Rekord.az): Anar Nəzirov, Maksim Medvedyev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Qara Qarayev, Dmitri Nazarov, Cavid Hüseynov, Ruslan Qurbanov, Ramil Şeydayev, Dəniz Yılmaz

Amal Abuşov (Sport7.az): Kamran Ağayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Tərlan Quliyev, Rahid Əmirquliyev, Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Cavid Hüseynov, Dəniz Yılmaz.

Araz Əhmədov (Sportfm.az): Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Araz Abdullayev, Ağabala Ramazanov, Dəniz Yılmaz 

Rüstəm Piriyev (Extratime.az): Kamran Ağayev, Bədavi Huseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Rahid Əmirquliyev,  Cavid Hüseynov, Ağabala Ramazanov, Ruslan Qurbanov, Dəniz Yılmaz

Səxavət Qurbanov (İdmanxeber.com): Kamran Ağayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Qara Qarayev, Dəniz Yılmaz, Əfran İsmayılov, Ramil Şeydayev

Elnur Həmidov (Komanda.az): Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ruslan Qurbanov, Rahid Əmirquliyev, Qara Qarayev, Dmitri Nazarov, Əfran İsmayılov, Dəniz Yılmaz

Çingiz Abbasov (Futbol11.az): Kamran Ağayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Dmitri Nazarov, Cavid Hüseynov, Ağabala Ramazanov, Araz Abdullayev, Renat Dadaşov 

Sport24.az: Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ağabala Ramazanov, Əfran İsmayılov, Ramil Şeydayev

Beləliklə, soğrunun nəticələrinə əsasən daha çox səs toplayanlardan ibarət "11-lik” belədi: 

Kamran Ağayev (96 %) - Rəşad Sadıqov (100%), Bədavi Hüseynov (100%), Maksim Medvedev (100%), Məhəmməd Mirzəbəyov (54 %) - Qara Qarayev (87%), Dmitri Nazarov (83 %), Rahid Əmirquliyev (67%), Ruslan Qurbanov (54 %), Əfran İsmayılov (46 %)  – Ramil Şeydayev (63 %)
 

Qapıçı ilə bağlı yalnız 1 iştirakçı Kamran Ağayevə yox, həmkarına – Anar Nəzirova səs verib. Hərçənd, millimizin "1 nömrə”si "Boavişta”dan 2 aydan artıqdı oynamır. 

"Qarabağ”ın müdafiəçiləri Rəşad Sadıqov, Bədavi Hüseynov və Maksim Medvedev öz mövqeləri üzrə hamının etimadını qazanıb. Yəni Rəşadla Bədavi müdafiənin mərkəzində duet təşkil edəcək, Maksim ona doğma olan sağ cinahda yer alacaq. Müdafiənin sol cinahında rəqabət "Qəbələ”li Məhəmməd Mirzəbəyovla Ukraynanın "Stal” klubunda çıxış edən Pavel Paşayev arasında getdi. Məhəmməd böyük fərqlə üstün oldu. Halbuki, Mirzəbəyovun sol yox, sağ cinah müdafiəçisi olduğunu, Paşayevin isə klubunda daim müdafiənin sol cinahında yer aldığını nəzərə almalıyıq.
Dayaq yarımmüdafiəçisi mövqeyində "Qarabağ”lılar Qara Qarayevlə Rahid Əmirquliyevin olacaqları səs çoxluğunda da özünü göstərdi. Almaniya II Bundesliqasının təmsilçisi "Aue”də oynayan Dmitri Nazarov oyun qurucusu olacağına inanlar çoxdu. Ruslan Qurbanovla ("Qəbələ”) Əfran İsmayılov ("Qarabağ”) da start heyətində yer almaq üçün böyük səs topladılar. Ruslanın yarımmüdafiənin sol, Əfranın sağ cinahından dəstək verəcəyini düşünənlər çoxdu. Nəhayət, hücumda Slovakiyanın "Jilina” klubunun futbolçusu Ramil Şeydayev həmkarlarını, əsasən Dəniz Yılmazla Renat Dadaşovu aşkar qabaqladı. 

MEHMAN SÜLEYMANOV

Oxşar xəbərlər

Rəşad Sadıqov millimizin düşərgəsinə çağırıldı?
Yığmamız son dəqiqələrdə məğlub oldu - YENİLƏNİR
Millimiz meydana bu heyətlə çıxacaq!
Yığmamızın sürpriz start heyəti
Ramil Şeydayev start heyətində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər