reklam
Avropa Liqasında ən çox oyun keçirən futbolçular bilindi -
Sportfm.az xəbər saytı

Avropa Liqasında ən çox oyun keçirən futbolçular bilindi -"Qarabağ"ın kapitanı 66 matçda oynayıb


UEFA Avropa Liqası tarixində ən çox oyun keçirən futbolçular müəyyənləşib.

Sportfm.az xəbər verir ki, siyahıda azərbaycanlı futbolçular da yer alıb.

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov 66 oyunla 21 - 25-ci yerləri bölüşdürür.

Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev 63 oyunla 27 - 29-cu yerləri bölüşdürür. 31 yaşlı futbolçu ilə bosniya və herseqovinalı Senad Luliç və şotlandiyalı David Narey eyni sayda görüşə çıxıb.

Hazırda "Keşlə" klubunun oynayan məşqçisi olan Rəşad Sadiqov 55 oyunla 77 - 85, Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev 53 oyunla 94 - 109-cu yerləri bölüşür.

Bunlardan Rəşad Sadıqov 6, Maksim Medvedev 2, Rəşad Sadiqov isə 5 dəfə fərqlənə bilib, Qara Qarayev isə qol vurmayıb.

Oxşar xəbərlər

100-ə nə qaldı? - Rəşad Sadıqov rekordun astanasında
Rəşad Sadıqov ilin futbolçusu seçildi
Rəşad Sadıqov millimizin düşərgəsinə çağırıldı?
Azərbaycan millisinin Norveçlə oyun üçün heyəti açıqlandı
Rəşad Sadıqov "Qarabağ"ın baş məşqçisi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər