Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan triatlonçusu Avropada 6-cı oldu
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Darina Moskalenko Macarıstanın Velense şəhərində keçirilən gənclər arasında (U-23) Avropa çempionatında 6-cı yeri tutub.
Sportfm.az xəbər verir ki, 750 metrlik su məsafəsini idmançımız 10:31 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 33:28 nəticə ilə qət edib. Nəhayət, yarışların son mərhələsini - 5 kilometrlik qaçış zolağını D.Moskalenko 18:41 nəticə ilə başa vurub. Ümumi hesablamada Darina 01:04:13 vaxt göstəricisi ilə 6-cı yerə layiq görülüb.
Turnirdə 39 idmançı mübarizə aparıb. Yarışın qalibi isə britaniyalı Corciya Teylor-Braun olub.
Oxşar xəbərlər
Triatlonçumuz 14-cü oldu - Avropa çempionatı
Təmsilçimiz 4-cü oldu
Azərbaycan triatlonçusu 8-ci oldu - Avropa kuboku
Yığmamızın üzvü 16-cı oldu
Koreyaya getdi, gümüş medal qazandı - Azərbaycanlı idmançıdan böyük uğur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası