Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Triatlonçumuz 14-cü oldu -Avropa çempionatı
Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevtsov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında 14-cü yeri tutub.
Sportfm.az xəbər verir ki, 35 yaşlı idmançı 1500 metrlik su məsafəsini 18 dəqiqə 37 saniyəyə başa vurub.
Pevtsov ardınca 40 kilometrlik velodistansiyanı 51 dəqiqə 16 saniyəyə qət edib. O, yarışların sonuncu mərhələsi – 10 kilometrlik qaçış zolağını 32 dəqiqə 6 saniyəlik nəticə ilə yekunlaşdırıb.
Pevtsov ümumi hesabda 1 saat 43 dəqiqə 1 saniyəlik göstərici ilə 14-cü yerdə qərarlaşıb. 71 idmançının mübarizə apardığı turnirin qalibi fransalı Leo Berjere olub.
Oxşar xəbərlər
Təmsilçimiz 4-cü oldu
Azərbaycan triatlonçusu 8-ci oldu - Avropa kuboku
Azərbaycanlı idmançı Avropa Kubokunun qalibi oldu
Triatlonçumuz Avropa kubokunda gümüş medal qazandı
Koreyaya getdi, gümüş medal qazandı - Azərbaycanlı idmançıdan böyük uğur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası