Yığmamızın üzvü 16-cı oldu
Azərbaycan triatlon yığması yeni yarış mövsümünə start verib.
Sportfm.az xəbər verir ki, komandamızin lideri Rostislav Pevtsov Abu-Dabi şəhərində keçirilən dünya seriyasının birinci mərhələsində iştirak edib.
750 metrlik su məsafəsini idmançı 00:09:25 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 00:32:53 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi – 5 kilometrlik qaçış zolağını R.Pevtsov 00:14:55 nəticə ilə başa vurub.
Ümumi hesablamada Pevtsov 00:58:25 vaxt göstəricisilə 16-ci yerə layiq görülüb.
Turnirdə 55 idmancı mübarizə aparıb. Yarışın qalibi Cənubi Afrikalı atlet Henri Şoman olub.
Qeyd edək ki, dünya seriyasında yalnız yüksək reytinqə malik olan idmançılar çıxış edə bilər. Belə prestijli turnirlər triatlon təqvimində ən mötəbər yarışlardan biri hesab edilir.
Oxşar xəbərlər
Triatlonçumuz 14-cü oldu - Avropa çempionatı
Təmsilçimiz 4-cü oldu
Azərbaycan triatlonçusu 8-ci oldu - Avropa kuboku
Koreyaya getdi, gümüş medal qazandı - Azərbaycanlı idmançıdan böyük uğur
Azərbaycan triatlonçusu Avropada 6-cı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası