reklam
Peşəkar Futbol Liqasının Latviyadan qonağı olub -
Sportfm.az xəbər saytı

Peşəkar Futbol Liqasının Latviyadan qonağı olub -FOTO


Latviya Virsliqasının prezidenti, Avropa Liqaları (“European Leagues”) idarə heyətinin üzvü Maksim Krivuneç Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) qonağı olub.

Sportfm.az xəbər verir ki, PFL prezidenti Elxan Səmədovla görüşən Krivuneçin səfərində əsas məqsəd liqalar arasında təcrübə mübadiləsi olub.

20-ci turun bir sıra oyunlarını canlı izləyən qonaq matçların təşkili ilə bağlı ətraflı məlumat alıb, tətbiq olunan yeniliklərlə tanış olub. Maksim Krivuneç təşkilatçılıqdan məmnunluq ifadə edərək üzvü olduqları Dünya Liqaları Assosiasiyasında (World Leagues Assosiciation) da Azərbaycan Peşəkar Futbol Liqasını görmək arzusunu ifadə edib.

Dəvətə və dəstək arzularına görə Krivuneçə təşəkkür edən Elxan Səmədov 2013-cü ildən Avropa Liqalarının tamhüquqlu üzvü olan Peşəkar Futbol Liqasının fəaliyyətində Azərbaycan futboluna müsbət məqamlar bəxş edə biləcək bu cür anlaşmalara hər zaman müsbət yanaşıldığını bildirib.

Eyni zamanda Liqalar arasındakı əlaqələri yüksək qiymətləndirən Virsliqa prezidenti gələcəkdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə inamını ifadə edib.

Oxşar xəbərlər

AFFA ilə “Misli” arasında sponsorluq müqaviləsi imzalandı
Elxan Məmmədov Azərbaycana döndü
PFL prezidenti mötəbər toplantıda
PFL prezidenti Avstriyada beynəlxalq seminara qatıldı
PFL prezidenti “Qarabağ”ın rəhbərliyi ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər