reklam
AFFA ilə “Misli” arasında sponsorluq müqaviləsi imzalandı
Sportfm.az xəbər saytı

AFFA ilə “Misli” arasında sponsorluq müqaviləsi imzalandı


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Misli” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan
Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.

Müqaviləyə əsasən, “Azərlotereya”nın “Misli” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev tədbirdə çıxış edərək “Misli”nin Azərbaycan futbol ailəsinin yaxın dostu olduğunu bildirib. O, “Misli” rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə təşəkkür edib.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş da Azərbaycan futboluna dəstək olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb. O, “Misli”nin ölkədə aparılan idman siyasətinə, xüsusən də, dünyada ən çox sevilən idman növlərindən olan futbolun inkişafına hər zaman dəstək olduğunu bildirərək əməkdaşlığın uğurlu olacağına inamını ifadə edib.

Qeyd edək ki, “Misli” həm də, son iki mövsümdür ki, Azərbaycan Premyer Liqasının əsas sponsorudur və çempionat Misli Premyer Liqası adlanır.

Oxşar xəbərlər

“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
PFL Premyer Liqanın sponsoru ilə müqaviləni uzatdı – RƏSMİ
AFFA bankla sponsorluq müqaviləsi imzaladı
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Azərlotereya” ilə “Sabah” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər