PFL prezidenti Avstriyada beynəlxalq seminara qatıldı
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdədir.
Sportfm.az xəbər verir ki, funksioner Avropa Liqaları təşkilatının Avstriya Bundesliqası ilə birgə təşkil etdiyi seminara qatılıb.
İclas zamanı Avropa Liqaları təşkilatına üzv olan ölkələrin nümayəndələri ilə görüşən Səmədov hazırda gündəmdə olan məsələlərin müzakirəsi ilə yanaşı, gələcək əməkdaşlıqların perspektivləri ilə bağlı da fikir mübadilələri aparıb.
Qeyd edək ki, 1997-ci ildə yaradılmış Avropa Liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan Peşəkar Futbol Liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür. Hazırda sözügedən təşkilatla əməkdaşlığın daha da genişləndirilməsi və beynəlxalq təcrübənin PFL bayrağı altında keçirilən liqalarda tətbiq olunması daha da aktuallaşıb.
Oxşar xəbərlər
PFL rəsmiləri Avropa Liqalarının Baş Assambleyasında
PFL prezidenti mötəbər toplantıda
PFL gələcək planları müzakirə edib
PFL pandemiya ilə bağlı təcrübəsini bölüşdü - Son iclasda
Aleksandr Boriçiç CEV-ə rəhbərlik edəcək - 4 il
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası