Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Aslan Kərimov:”Boş vaxtımı necə keçirəcəyimi bilirəm” - ÖZƏL
Futtennis üzrə 1-ci Azərbaycan Kubokuna yekun vurulub. Heyətində Elxan Cəbrayılov, Elçin Həsənov və Bəxtiyar Soltanovun yer aldığı "Neftçi” komandası ölkə kubokunu başı üzərinə qaldırıb. Turnirin ən yaxşı oyunçusu isə veteran futbolçu Aslan Kərimov seçilib. Sportfm.az saytı yığmamızın sabiq üzvündən bu uğurunun sirrini öyrənməyə çalışıb:”Hər bir ilkin özü həm məsuliyyətlidir, həm qürurvericidir. Biz bu gün bir ilki yaşadıq, ardıcıl iki gün turnirdə iştirak etdim. Yeni bir idman növü üzrə yarış idi. Düşünürəm ki, futbolçuların texnikasının artırılmasında futtennisin önəmli rolu var. Yaşı keçmiş futbolçular üçün bu əla sınaq meydanıdır. Mən artıq bunun ləzzətini gördüm və boş vaxtımı necə keçirəcəyimi bilirəm. Gələcəkdə futtennis ölkəmizdə çox populyar olacaq, buna əmin olun”.
Qeyd edək ki, 1-ci Azərbaycan Kubokunda 10 komanda iştirak edib.
Oxşar xəbərlər
"Neftçi" Azərbaycan Kubokunu belə qazandı - VİDEO
"Neftçi" klubu Azərbaycan Kubokunu qazandı - FOTO
Gəncə komandası ölkə kubokunun 1/4 finalına yüksəldi, Aslan Kərimov əla oyunu ilə yadda qaldı
Gəncədə qalib "Turan" komandası oldu - FOTO
Sevda Nuriyeva:"Futnet üzrə ölkə çempionatı çox maraqlı bir yarış olacaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası