reklam
Sportfm.az xəbər saytı

"Neftçi" klubu Azərbaycan Kubokunu qazandı - FOTO


Futtennis üzrə 1-ci Azərbaycan Kubokuna yekun vurulub. 
Sportfm.az xəbər verir ki, "Dinamo" İdman Cəmiyyətində keçirilən yarışda 10 komanda iki qrupda mübarizə aparıb. Müvafiq olaraq, A və B qruplarında sonuncu sıranı tutan kollektivlər turnirdə mübarizəni dayandırıb. Hər iki qrupda ilk 4 pilləyə yüksələn komandalar 1/4 finala vəsiqə qazanıb. Xeyli sayda azarkeşin izlədiyi və bir çox sabiq tanınmış futbolçunun qatıldığı ölkə kubokunun finalında "Marafon" və "Neftçi" üz-üzə gəlib. Matçın birinci hissəsində "Neftçi" komandası rəqibindən üstün olub, ikinci hissədə isə "Marafon" klubu tarazlığı bərpa edib. Qalibin müəyyənləşdiyi üçüncü hissədə, heyətində Anar Həsənov, Elxan Cəbrayılov və Bəxtiyar Soltanovun yer aldığı "Neftçi" komandası daha yaxşı oyun sərgiləyərək rəqibinə qalib gələrək, Azərbaycan Kubokunun başı üzərinə qaldırıb. Futbol üzrə yığma komandamızın sabiq üzvü Aslan Kərimov yarışın ən yaxşı oyunçusu seçilib. Qaliblərə Azərbaycan Futnet Assosiasiyası tərəfindən medallar, dəyərli hədiyyələr, xüsusi diplomlar verilib. 

Oxşar xəbərlər

Ukrayna yığması Bakıda ən güclü oldu - FOTO
Aslan Kərimov:”Boş vaxtımı necə keçirəcəyimi bilirəm” - ÖZƏL
"Neftçi" Azərbaycan Kubokunu belə qazandı - VİDEO
Gəncə komandası ölkə kubokunun 1/4 finalına yüksəldi, Aslan Kərimov əla oyunu ilə yadda qaldı
"Neftçi" mövsümdə yeganə uğurunu qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər