
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Gəncədə qalib "Turan" komandası oldu - FOTO
Gənclər və İdman Nazirliyi və Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə keçirilən daha bir turnirə yekun vurulub.
Sportfm.az saytı xəbər verir ki, söhbət futtennis üzrə Gəncə şəhər çempionatından gedir. 8 kollektivinin qatıldığı turnir maraqlı idman mübarizəsinə səhnə olub. Yarışdan bir öncə oyun qaydaları və reqlamentlə tanış olan komandalar arasında "Turan” qalib adını qazanıb. Gəncənin 2-ci ən güclü futtennis kollektivi "Bozalqanlı” olub. Bürünc medalları isə "Fristayl”ın heyətində çıxış edən idmançılar boyunlarından asıblar. Qaliblərə AFNA-nın xüsusi diplomları və kuboklar təqdim edilib. Turnirin keçirilməsində köməklik göstərənlərə, futtennis idman növünün inkişafına dəstək verənlərə isə Assosiasiyasının fəxri fərmanları verilib. Qeyd edək ki, mükafatçılar sırasına düşən kollektivlər paytaxtımızda baş tutacaq ölkə çempionatının final mərhələsinə vəsiqə əldə ediblər.
Oxşar xəbərlər
"Şuşa" komandası turnirin qalib oldu - Futtennis üzrə turnirdə
Ukrayna yığması Bakıda ən güclü oldu - FOTO
"Neftçi" Azərbaycan Kubokunu belə qazandı - VİDEO
"Turan" klubu Bakıya gələcək
Gəncədə yeni bir idman növü üzrə yarışa start verilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin