Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sevda Nuriyeva:"Futnet üzrə ölkə çempionatı çox maraqlı bir yarış olacaq”
Sportfm.az saytı 13 yaşından futbolla məşğul olan Sevda Nuriyevanın futboltennis məşqlərinə qatıldığını gördükdə, onun fikirlərini öyrənməyə qərar verib.
"Mən bu oyun haqqında eşitmişdim. Ancaq belə çətin olduğunu bilmirdim(gülür). Bu gün ilk məşq olduğu üçün və qaydaları tam bilmədiyimdən özümü göstərə bilmədim. Ancaq məşqdən-məşqə daha yaxşı çıxış edəcəyimizə inanıram. Bu idman növü xüsusi toplarla oynanılır. Biz əvvəl belə toplarla məşq etməmişik. Düşünürəm ki, yeni toplara alışmaq üçün vaxt lazımdır. Onu deyə bilərəm ki, futnet üzrə ölkə çempionatı çox maraqlı bir yarış olacaq”.
Qeyd edək ki, hazırda 29 yaşı olan Sevdanın ilk məşqçisi Əbdülqəni Nurməmmədov olub.
Oxşar xəbərlər
Aslan Kərimov:”Boş vaxtımı necə keçirəcəyimi bilirəm” - ÖZƏL
Elşad Quliyev yığmamızın baş məşqçisi oldu - FOTO
Tovuzda mötəbər yarış keçiriləcək
Gəncədə qalib "Turan" komandası oldu - FOTO
Nərgiz Hacıyeva:”Futbol vərdişləri bəs etmir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası