Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Triatlonçularımızdan yüksək nəticə -Beynəlxalq yarış
Türkiyənin Bələk şəhərində rəsmi “Ironman” seriyasının triatlon üzrə növbəti yarışı baş tutub.
Sportfm.az xəbər verir ki, ölkəni bu yarışda ən geniş heyətlə “Triterra Baku Triathlon” klubu təmsil edib. Komandanın 11 üzvünün hamısı məsafəni uğurla başa vuraraq, hədəflədikləri nəticəyə nail olublar.
Azərbaycan triatlon idmanı tarixində ilk dəfə olaraq, ölkəni təmsil edən ata və oğul - Fəxri və Qüdrət Əkbərovlar bir estafet cütlüyü olaraq beynəlxalq triatlon yarışında mübarizə aparıb.
Klubun baş məşqçisi Aleksandr Mordasov ata-oğulun eyni yarışda iştirakını dəyərləndirərkən deyib: “Klubun əsas vəzifəsi bu idman növünü nəsillərə ötürməkdir. Məhz buna görə ölkəmizdə "dəmir insanlar" hərəkatı yaradılıb. Bu hadisə onların hər ikisi üçün şəxsi qələbədən əlavə, möhkəm ailə bağı, birlik və əsl miras simvolu idi. Onlar bir daha sübut etdilər ki, məhz ailə böyük məqsədlərə çatmaqda ilham və dəstək mənbəyidir”.
Qeyd edək ki, “Ironman” yarışı idman aləminin ən ciddi və həyəcanverici növlərindən biridir. Bu, üç fərqli yarışı özündə birləşdirir: açıq suda üzgüçülük, uzun məsafəyə velosiped sürmək və marafon qaçışı. İştirakçılar nəhəng fiziki və psixoloji çətinliklərin öhdəsindən gələrək təkcə rəqibləri ilə deyil, həm də özləri ilə yarışırlar.

Oxşar xəbərlər
Bakıda ilk dəfə - Kiber triatlon yarışı keçirildi
Triatlonçular Su İdmanı Sarayında bir araya gələcək - Yarış
Nazir Azərbaycanın “dəmir qadını” ilə görüşdü - FOTO
Böyük triatlon yenidən Azərbaycana qayıdır
Triatlonçularımız Avropa çempionatında iştirak edəcəklər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda

Misli Premyer Liqası