reklam
Nazir Azərbaycanın “dəmir qadını” ilə görüşdü -
Sportfm.az xəbər saytı

Nazir Azərbaycanın “dəmir qadını” ilə görüşdü -FOTO


Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış Rəbiyyə Orucovanı qəbul edib.

Sportfm.az xəbər verir ki, Rəbiyyənin çıxışı ilə maraqlanan nazir, onu uğuru münasibətilə təbrik edib və yeni qələbələr arzulayıb.

Rəbiyyə Cənubi Afrikanın Port Elizabet şəhərində keçirilən «Isuzu Ironman» turnirində uğurla çıxış edərək “Ironman” titulunu qazanıb. “Triterra Baku Triatlon Klubu”nun nümayəndəsi olan Rəbiyyə 3,8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla, tam “dəmir məsafəni” 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib. İdmançı yarışın velosiped mərhələsində qəzaya uğrasa da, iradə nümayiş etdirərək mübarizəni davam etdirib və finişə çatıb.

Oxşar xəbərlər

İdmançılarla nazir görüşdü
Triatlon Federasiyasının yeni prezidentinin adına aydınlıq gəlib
Nazir medal qazanmış idmançılarla görüşdü
Nazir erməniyə qalib gələn idmançı ilə görüşdü - FOTO
Böyük triatlon yenidən Azərbaycana qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər