Triatlonçularımız Avropa çempionatında iştirak edəcəklər -FOTO
Azərbaycan Triatlon Federasiyasında (ATF) “BakuTriClub”un üzvləri ilə görüş keçirilib.
Sportfm.az xəbər verir ki, görüşdə Azərbaycan idmançılarının da iştirak edəcəkləri “Ironman” üzrə qarşıdakı yarışlara hazırlıq məsələləri müzakirə olunub. İdmançılarımızdan Firdovsi Kərimov iyunun 17-də Astanada keçiriləcək “Ironman 70.3” turnirində iştirak edəcək. İyulun 8-də isə idmançılarımız Almaniyada təşkil olunacaq “Ironman” üzrə Avropa çempionatında mübarizə aparacaqlar. Firdovsi Kərimov və digər triatlonçumuz Aleksandr Parxomovski Frankfurtda keçiriləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Federasiyanın prezidenti Azər Məhərrəmov idmançılara uğurlar arzulayıb.
Xatırladaq ki, “BakuTriClub” Azərbaycan Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılıb.
Oxşar xəbərlər
Triatlon Federasiyasının yeni prezidentinin adına aydınlıq gəlib
Triatlon Federasiyasında yeni prezident - Təyinat
Böyük triatlon yenidən Azərbaycana qayıdır
Ölkəmizdə triatlonun inkişafına dair müzakirələr aparıldı
Bakıda beynəlxalq seminar keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda















Misli Premyer Liqası