Böyük triatlon yenidən Azərbaycana qayıdır
Böyük triatlon yenidən Azərbaycana qayıdır. Oktyabrın 10-da Pirallahı adasında “IronWinD” adlı turnir keçiriləcək.
Sportfm.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən keçirilir.
Turnirin iştirakçıları Olimpiya məsafəsində yarışacaqlar. İdmançılar 1,5 kilometr üzməli, 40 kilometr velosiped sürməli və 10 kilometr qaçmalı olacaqlar.
İştirakçıların onlayn qeydiyyatı sentyabrın 27-də www.triterra.az saytında başlayacaq.
Qeyd edək ki, ölkəmizdə triatlona maraq artmaqdadır. Həvəskar triatlonçular beynəlxalq arenada uğurla çıxış edirlər. Daha çox azərbaycanlı idmançı “Ironman” yarışlarında mübarizə aparırlar. “IronWinD” turniri ölkəmizin ən güclü həvəskar triatlonçularını bir araya gətirə bilər.
Oxşar xəbərlər
Bakıda ilk dəfə - Kiber triatlon yarışı keçirildi
Triatlonçular Su İdmanı Sarayında bir araya gələcək - Yarış
Ölkəmizdə triatlonun inkişafına dair müzakirələr aparıldı
Bakıda beynəlxalq seminar keçiriləcək
Triatlonçularımız Avropa çempionatında iştirak edəcəklər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
"Neftçi" İK və "Araz-Naxçıvan"dan qələbə - Yüksək Liqa














Misli Premyer Liqası