Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İkinci finalçı da bəlli oldu -Basketbol Liqası
Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində NTD və "Gəncə" komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.
Sportfm.az xəbər verir ki, iki əlavə vaxtın yaşandığı gərgin və prinsipial oyunun sonunda "Gəncə" basketbolçuları 106-103 hesablı qələbə qazanıblar.
Bu qələbə ilə yarımfinal seriyasını 2-1 hesabı ilə qalib tamamlayan "Gəncə" basketbolçuları finala vəsiqə qazanıblar. Final seriyasında onların rəqibi "Sabah" kollektivi olacaq.
Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 12 ribaund), "Gəncə"dən Cared Smol (21 xal, 8 ribaund) olublar.
Oxşar xəbərlər
“Gəncə” vəsiqəni təmin etdi - Basketbol Liqası
“Gəncə” qələbəyə doymur - Basketbol Liqası
“Sabah”dan növbəti qələbə - Basketbol Liqası
Gəncəlilərdən geri dönüş - Basketbol Liqası
"Sərhədçi PİK" turun açılış matçında qalib gəldi - Basketbol Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası