reklam
“Gəncə” vəsiqəni təmin etdi -
Sportfm.az xəbər saytı

“Gəncə” vəsiqəni təmin etdi -Basketbol Liqası


Bu gün “Sərhədçi” İdman Mərkəzində Basketbol Liqasının 26-cı turunun açılış oyunu baş tutub.

Sportfm.az xəbər verir ki, “Neftçi” və “Gəncə” komandalarının qarşılaşdığı gərgin oyunda gəncəlilərin əsas oyunçularından sayılan Cared Smol son saniyə üçlüyü ilə komandasına 87:86 hesablı qələbə qazandırıb.

Bu qələbə ilə “Gəncə” ilk dördlükdəki yerini təmin edib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Mohsen Moradxani (23 xal, 8 ribaund), “Gəncə”də isə Kollin Törner (24 xal, 9 asist) olublar.

Turun digər oyunları (“Sabah” – NTD, “AAAF Xırdalan” – “Sərhədçi”, “Zirvə Astara” – “Olimpik Şəki”) 15 və 16 apreldə baş tutacaq.

Oxşar xəbərlər

Çempionatın liderini büdrətdilər - Ölkə çempionatı
“Sabah”dan növbəti qələbə - Basketbol Liqası
Gəncəlilərdən geri dönüş - Basketbol Liqası
3 xal fərqiylə qazanılan qələbə - Azərbaycan Basketbol Liqası
“Sərhədçi” rəqibinə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər