“Sabah”dan növbəti qələbə -Basketbol Liqası
Bu gün Azərbaycan Basketbol Liqasında 22-ci turun daha iki oyunu baş tutub.
Sportfm.az xəbər verir ki, günün ilk oyunu Astarada yerli “Zirvə Astara” ilə “Sabah” arasında keçirilib.
Oyuna fəal başlayan paytaxt klubu rəqibi üzərində 87:65 hesablı qələbə qazanaraq ilk pillədəki mövqeyini qoruyub. Ən məhsuldar basketbolçular “Zirvə Astara”dan Zo Tayson (16 xal, 8 ribaund), “Sabah”dan isə Entoni Patti (28 xal, 18 ribaund) olublar.
Günün ikinci oyunu Sərhədçi İdman Mərkəzində NTD və “Sərhədçi” basketbolçuları arasında keçirilib. Gərgin qarşılaşmanın sonunda NTD 76:73 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular NTD-dən Ceremi Heys (18 xal, 10 ribaund), “Sərhədçi”dən Brendon Miller (21 xal, 9 asist) olublar.
22-ci tura sabah “Olimpik Şəki” – “Gəncə” oyunu ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Çempionatın liderini büdrətdilər - Ölkə çempionatı
“Sərhədçi” zirvəyə şərik oldu - Basketbol Liqası
Gəncəlilərdən geri dönüş - Basketbol Liqası
3 xal fərqiylə qazanılan qələbə - Azərbaycan Basketbol Liqası
“Gəncə” məğlub oldu - Basketbol Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası