
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Turan" klubu Bakıya gələcək
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətinə həsr olunmuş qərb bölgəsi üzrə futnet turniriniə yekun vurulub.
Sportfm.az xəbər verir ki, Tovuz Olimpiya İdman Kompleksində keçirilən yarış olimpiya sistemi üzrə baş tutub. Gərgin keçən pley-off mərhələsindən sonra bürünc medal uğrunda oyunda "Qazax” və "Gəncə 020” komandaları üz-üzə gəlib. Qələbəni bayram edən gəncəlilər bürünc medallara sahib olublar. Finalda Tovuzun 2 təmsilçisi "Tovuz” və "Turan” qarşılaşıb. Daha üstün oyun sərgiləyən "Turan” çempionluğu bayram edib.
Mükafatlandırma mərasimində Azərbaycan Futnet Assosiasiayasının prezidenti Vüqar Xəlilov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Tovuz Gənclər İdman İdarəsinin rəisi Sahib Ələsgərov, "Turan"da çıxış etmiş veteran futbolçular Ruslan Abbasov, Elxan Abdıyev, Nizami Sadıqov, Eltay Aslanov, Samir İsmayılov və digərləri iştirak ediblər. Qaliblərə medallar, diplom və kuboklar təqdim olunub. Yarışın keçirilməsində və futnet idman növünün inkişafında göstərdikləri dəstəyə görə Süleyman Tağıyev, Kərim Kərimov, Mübariz Məmmədova fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, mükafatçılar sırasına düşən komandalar Bakıda keçiriləcək super finala vəsiqə qazanıb.
Oxşar xəbərlər
"Şuşa" Qusarda qalib oldu
Zəfər Kubokuna yekun vuruldu - Qaliblər müəyyənləşdi
Tovuzda mötəbər yarış keçiriləcək
Gəncədə qalib "Turan" komandası oldu - FOTO
Azərbaycan Kooperasiya Universitetinin komandası mini futbol turnirinin qalibi oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı