reklam
Sportfm.az xəbər saytı

"Şuşa" komandası turnirin qalib oldu -Futtennis üzrə turnirdə


Azərbaycan Futnet Federasiyasının və “ASAN Könülləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə futtennis və teqbal üzrə gənclər gününə həsr edilmiş turnir keçirilib. 

Sportfm.az xəbər verir ki, ilk gün futtennis üzrə 8 komandanın iştirak etdiyi yarış "Marafon" İdman Klubunda baş tutub. 

Olimpiya sistemi üzrə təşkil edilən turnirdə iştirak edən klublar 44 günlük Haqq savaşında işğaldan azad edilən rayonlarımızın adı ilə mübarizə aparıb. 

Futtennisçilərin oyununda 3-cü yeri "Fizuli" kollektivi tutub. 

Yarışın finalında üz-üzə gələn "Cəbrayıl" və "Şuşa"nın çəkişməsində ikincilər daha güclü olub. "Şuşa"lı futtennisçilər rəqiblərinə 2-1 hesabı ilə qalib gəliblər. 

Qeyd edək ki, sabah bu komandaların iştirakı ilə teqbal yarışı baş tutacaq.  

 

 

Oxşar xəbərlər

Teqbal turnirini də "Şuşa" qazandı - Qaliblərə kubok verildi
Ukrayna yığması Bakıda ən güclü oldu - FOTO
Azərbaycan Super Liqasının final mərhələsinin keçirilmə vaxtı məlum oldu
"Şuşa" komandası Super Liqada ilk qələbəsini rəsmiləşdirdi
Gəncədə qalib "Turan" komandası oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər