reklam
“Kəpəz” 6 ildən sonra bunu bacardı -
Sportfm.az xəbər saytı

“Kəpəz” 6 ildən sonra bunu bacardı -Misli Premyer Liqası


“Kəpəz” Misli Premyer Liqasının 24-cü turunda “Sumqayıt”ı məğlub edib (2:1).

Sportfm.az xəbər verir ki, həmin matç Gəncə təmsilçisi üçün əlamətdar olub. Azərbaycan çempionatında ardıcıl ikinci qələbəsini qazanan “sarı-göylər” sonuncu belə uğuru 2016/17 mövsümündə əldə edib.

“Kəpəz” 2017-ci ilin aprelində ardıcıl dörd matçda üç xal qazanıb. Gəncəlilər 2017/2018 mövsümündə və cari çempionatın əvvəlki turlarında iki qələbədən artıq seriyaya imza atmayıb.

“Sumqayıt”la oyun həm də “Kəpəz”in qol vurduğu 400-cü matç kimi tarixə düşüb. Yalnız üç komanda daha çox görüşdə fərqlənib. Bunlar “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.

Oxşar xəbərlər

“Kəpəz” 30-a çatdı - Azərbaycan Kuboku
“Qarabağ”ın ən uğurlu seriyası
“Kəpəz”in 70-ci böyükhesablı qələbəsi
"Kəpəz" uğursuz seriyaya son qoydu
"Neftçi" 3 il yarım bu anı gözlədi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər