reklam
Sportfm.az xəbər saytı

"Neftçi" 3 il yarım bu anı gözlədi!


Topaz Premyer Liqasının IX turu “Neftçi”nin ardıcıl 3-cü qələbəsi ilə əlamətdar olub.

Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bunadək “İnter”i 2:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri Gəncə səfərində “Kəpəz”i də qol buraxmadan üstələyib – 1:0.

“Ağ-qaralar”ın ardıcıl 3 qarşılaşmada 9 xal qazanması isə son illərdə nadir təsadüf olunan hadisədir. Bakılılar belə qələbə seriyasına sonuncu dəfə 2015/16 mövsümündə imza atıb. 2016-cı ilin mayında “Neftçi” AZAL (3:1), “Kəpəz” (2:1) və “İnter”i (4:2) məğlub etmişdi. Lakin həmin vaxt “Neftçi” hər üç matçda qol buraxmışdı. Paytaxt təmsilçisinin ən azı üç qarşılaşmada quru hesabla qalib gəlməsi isə sonuncu dəfə 2014-cü ilin mart və aprel aylarına – təxminən 3 il yarım öncəyə təsadüf edib. Həmin vaxt ardıcıl 5 dəfə qalib gələn “ağ-qaralar” bunların üçündə - “Rəvan”, “Xəzər Lənkəran” və “Bakı”nı qol buraxmadan udmuşdu. Ardıcıl üç görüşdə 1:0 hesabı qeydə alınmışdı.

 

Oxşar xəbərlər

“Sabah”ın tarixində ilk məhsuldar seriya - Premyer Liqa
"Keşlə"dən yeni rekord
“Neftçi”nin 52 ay gözlədiyi nə idi?
Hamı qol vurdu, "Qəbələ" uduzdu
“Neftçi” 197 günlük həsrətə son qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər