Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şagirdlər “Neftçi”nin qonağı oldu -FOTO
Beynəlxalq Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar.
Sportfm.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüş çərçivəsində əvvəlcə qonaqlar təlim-məşq bazası ilə tanış olublar.
Daha sonra Anatoli Banişevski adına iclas otağında şagirdlərə “Neftçi” PFK haqqında məlumat verilib, klubun zəngin tarixinə həsr olunmuş video-süjet nümayiş etdirilib.
Görüşün daha əyləncəli hissəsində uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif oyunlarda iştirak ediblər.
Beynəlxalq Autizm Mərkəzinin şagirdləri komandanın məşqini də izləyiblər. Hazırlıq prosesinin bir hissəsində isə onlar meydana çıxaraq futbolçularla birlikdə futbol oynamaq imkanı əldə ediblər.
Görüşün sonunda qonaqlara “Neftçi” PFK tərəfindən xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Oxşar xəbərlər
İnternat tipli məktəbin şagirdləri Qarabağ"ın qonağı oldu - FOTO
"Kəpəz" əlilliyi olan uşaqlarla görüşdü
Banişevskinin ailəsi “Neftçi”nin qonağı oldu
Uşaq evinin sakinləri "Neftçi"nin qonağı oldu
"Neftçi Arena"nın adı dəyişdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası