“Qarabağ”ın ən uğurlu seriyası
“Qarabağ” Misli Premyer Liqasında tarixinin ən uğurlu səfər seriyasına imza atıb.
Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna 12-ci turda “Şamaxı”nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.
Ölkə çempionu ardıcıl 10-cu səfər qələbəsini qazanıb.
Cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı 2:0, “Kəpəz”i 1:0, “Zirə”ni 7:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.
“Köhlən atlar” ötən çempionatın son beş səfərində də xal itkisi ilə üzləşməyib. Fevralın 28-də “Keşlə” (indiki “Şamaxı”) ilə qolsuz heç-heçə edən ağdamlılar ardınca “Sabah”ı 1:0, “Zirə” və “Sumqayıt”ı eyni – 3:0, “Qəbələ”ni 2:0, “Səbail”i 3:0 hesabı ilə yenib.
Oxşar xəbərlər
Mövsümün rekordu təkrarlandı - Misli Premyer Liqası
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
"Qarabağ"ın ev oyunlarındakı uğurlu seriyası qırıldı
Ardıcıl 10-cu qələbə
“Qarabağ”dan mövsümün rekordu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası