Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sahibkar olan klub prezidenti öldürüldü -İnsident
Bolqarıstanda "Botev" futbol klubunun prezidenti, nəqliyyat və tikinti şirkətlərinin sahibi İliyan Filipov qətlə yetirilib.
Sportfm.az xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata görə, iş adamı futbol matçından sonra evinə qayıdarkən hücuma məruz qalıb. Naməlum şəxs onun başından güllə açıb.
Hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları keçirilən brifinqdə Filipovun ölümünü təsdiqləyiblər. Lakin istintaqın məxfiliyinin qorunması zərurəti əsas gətirilərək hadisənin digər təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, "Botev" Bolqarıstanın ən qədim peşəkar futbol klublarından biridir. Klub 1912-ci ilin martında Plovdiv şəhərində yaradılıb və hazırda ölkə futbolunun yüksək divizionu olan Birinci Liqada mübarizə aparır.
Bolqarıstan mediasının məlumatına görə, İliyan Filipov klub üçün çətin dövrdə "Botev"in rəhbərliyini üzərinə götürüb və komandanın maliyyə sabitliyinin təmin olunmasında rol oynayıb.

Oxşar xəbərlər
"Qarabağ" "Levski" ilə oynayacaq - Beynəlxalq turnir
Vaxtilə milyoner olan klub prezidenti kirayədə yaşayır - Dəhşət
Cəlal oynadı, komandası qələbə qazandı
Azərbaycanda futbol klubunun prezidenti saxlanıldı - SON DƏQİQƏ
Klub prezidenti güllələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası