reklam
Yeni basketbol saytı istifadəyə verildi -
Sportfm.az xəbər saytı

Yeni basketbol saytı istifadəyə verildi -FOTO


Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə "AzB.az" idman portalı istifadəyə verilib.

Sportfm.az xəbər verir ki, "Offside Media" tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq.
"AzB.az" saytında Azərbaycan Basketbol Liqası, kubok yarışları, aşağı yaş qrupları və milli komandaların oyunlarından operativ xəbərlər, xüsusi reportajlar və müsahibələr təqdim olunacaq.

Bununla yanaşı, platformada Avropa kuboklarında mübarizə aparan klublarımızın matçları, NBA və Avroliqa qarşılaşmaları da mütəmadi işıqlandırılacaq.

Portal xəbər lentindən əlavə, matçların analitik təhlillərini və basketbolçuların statistik göstəricilərini də oxuculara təqdim etməyi hədəfləyir.

"AzB.az" redaksiyasının layihənin fəaliyyəti barədə qısa məlumat: "Ölkədə basketbola maraq və klublarımızın beynəlxalq turnirlərdəki iştirakı artsa da, bu sahəni sırf ixtisaslaşmış formada təqdim edən platformaya ehtiyac var idi. "AzB.az" olaraq əsas məqsədimiz həm yerli basketboldakı yenilikləri operativ çatdırmaq, həm də oxuculara dəqiq statistika və analitik məzmun təqdim etməkdir".

İnstaqram: //www.instagram.com/azb.aze

Teleqram: //t.me/azbasketbol

Feysbuk: //www.facebook.com/share/1FMWqs1RbT/

TikTok: //www.tiktok.com/@azb.aze

Yutub: //youtube.com/@azbasketbol

Oxşar xəbərlər

AFFA yeni platformanın tətbiqinə başladı - FOTO
Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi
“Sofascore” Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq edəcək
Basketbol Federasiyasının yeni loqosu təqdim olundu - FOTO
Üç idman növü üzrə məşqlərə icazə verildi - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər