reklam
Türk futbolunun sabiq ulduzunun başı dərddə
Sportfm.az xəbər saytı

Türk futbolunun sabiq ulduzunun başı dərddə


Türkiyə futbolunun tanınmış simalarından olan sabiq milli futbolçu Hasan Şaşla bağlı aparılan narkotik araşdırmasında yeni məlumat ortaya çıxıb. Sentyabrın 18-də saxlanılan keçmiş futbolçunun analizlərinin nəticəsi açıqlanıb.

Sportfm.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun məşhur şəxslərlə bağlı apardığı narkotik araşdırması çərçivəsində Hasan Şaşın qan, sidik və saç nümunələri yoxlanılıb.

Araşdırmanın ilk mərhələsində Şaş da daxil olmaqla bir sıra tanınmış şəxslər haqqında saxlanılma qərarı verilmişdi. Keçmiş futbolçu tibbi müayinədən keçirildikdən və ifadəsi alındıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı.

Son məlumata görə, Hasan Şaşın qan və sidik nümunələrində kokain aşkarlanıb. Onun saç nümunəsində isə həm kodein, həm də kokain müəyyən edilib.

Şaş daha əvvəl prokurorluqdakı ifadəsində narkotik vasitədən istifadə etmədiyini və narkotik istifadə olunan hər hansı mühitdə olmadığını bildirmişdi. O, həmçinin telefonunun araşdırılması üçün şifrəsini prokurorluğa təqdim etmişdi.

Qeyd edək ki, Hasan Şaş futbolçu kimi “Qalatasaray” və Türkiyə millisində çıxış edib. O, xüsusilə 2002-ci ildə Türkiyə millisinin dünya çempionatında qazandığı üçüncü yerə görə futbol ictimaiyyətində tanınan simalardan biridir.

Oxşar xəbərlər

Hasan Şaş saxlanıldı
Saran da gedir, seçki olacaq
"Fənərbaxça" prezidenti sərbəst buraxıldı - Qərar
Klub prezidenti saxlanıldı - Olay
Gənc futbolçu həbs edildi - Narkotikə görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər