reklam
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi -
Sportfm.az xəbər saytı

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi -Premyer Liqa


Misli Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib.
Sportfm.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində voleybolçu qadınlar arasında Çempionlar Liqası çərçivəsində “Turan” VK – “Mladost” (Xorvatiya) oyununun keçirilməsi ilə bağlı ümumi təşkilati və infrastruktur məsələlərini rəhbər tutan “Turan Tovuz” Peşəkar Futbol klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub müraciətdə Misli Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” oyunu ilə 18-ci turdakı “İmişli” – “Turan Tovuz” qarşılaşmasının yerinin dəyişdirilməsi ilə bağlı istəyini ifadə edib.

“Turan Tovuz” klubunun müraciəti, “İmişli” klubunun razılıq məktubunu nəzərə alan PFL ölkəmizdə baş tutacaq Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunmasını rəhbər tutaraq “Turan Tovuz” və “İmişli” klubları arasında 1-ci və 2-ci dövrədə baş tutacaq oyunların yerini dəyişib. Beləliklə, 8-ci turda bu komandalar arasındakı oyun 18 oktyabr saat 15:00-da Yevlax şəhər stadionunda olacaq.

Oxşar xəbərlər

"Turan" müvəqqəti Sumqayıta köçür - Qərar
SON DƏQİQƏ - "Turan" yenə Bakıya köçdü - Qərar
"Qarabağ"ın oyununun yeri dəyişdirildi
“Turan Tovuz” “İmişli”ni məğlub etdi
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun yeri və saatı dəyişdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər