"Kəpəz" uğursuz seriyaya son qoydu
“Kəpəz”in uğursuz seriyaları qırılıb.
Sportfm.az xəbər verir ki, Gəncə təmsilçisi mövsümdə ilk xallarını Azərbaycan Premyer Liqasının 7-ci turunda qazanıb. Qəbələdə keçirilən ev oyununda Tərlan Əhmədovun komandası “Şamaxı” üzərində 2:1 hesablı əzmkar qələbə əldə edib.
Bununla da “Kəpəz”in 8 oyundan ibarət məğlubiyyət seriyası qırılıb. Cari mövsümdə 6 matçda uduzan qərblilər 2017/18 mövsümünün son iki görüşündə də xalsız qalıb. Gəncə təmsilçisi son xalını 2018-ci il mayın 4-də “Sumqayıt”la görüşdə əldə edib – 1:1.
Bununla da “Kəpəz” tarixinin ən uzun məğlubiyyət seriyasının bir addımlığında dayanıb. 2012/13 mövsümündə komanda ardıcıl 9 qarşılaşmadan xalsız ayrılıb.
Gəncəlilər qələbəsizliyə son qoyub. Sonuncu dəfə 2018-ci il martın 3-də öz meydanında “Səbail”i 2:1 hesabı ilə üstələyən qərblilər 16 matçlıq həsrətə 1660 gün sonra son qoyub. Bu müddətdə 4 heç-heçə və 12 məğlubiyyət qeydə alınıb.(pfl.az)
Oxşar xəbərlər
Məğlubiyyətsiz seriyalar - "Qarabağ", "Kəpəz", "Turan", "Neftçi", "Şəmkir"
“Kəpəz” 6 ildən sonra bunu bacardı - Misli Premyer Liqası
"Qarabağ" "Neftçi"nin rekordunu yenilədi - Premyer Liqa
“Kəpəz” tarixinin ən uğursuz startı - Premyer Liqa
"Neftçi"nin hansı seriyası qırıldı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası