reklam
Sportfm.az xəbər saytı

"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının V iclası keçirilir


Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının V iclası keçirilir.

Sportfm.az xəbər verir ki, iclasda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdulaziz Əl-Nassar, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digərləri iştirak ediblər.

Tədbirdə çxış edən Faysal Abdulaziz Əl-Nassar Oyunların hazırlığının yüksək səviyyədə aparılmasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını bildirib. O bu tədbiri Oyunların açılışına hazırlıq üçün son işlərin müzakirə olunması baxımından olduqca əhəmiyyətli sayıb.

A.Rəhimov Oyunların açılış mərasiminə 36 gün qaldığını bildirib:

"Çox şadam ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları iştirak edəcəklər. Şübhə yoxdur ki, mayın 12-də başlayacaq Oyunlar bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək. Əldə etdiyimiz inkişafdan çox məmnunuq. Biletlər plana uyğun şəkildə satılır. Biletlərin satışı gözləntilərimizə uyğun davam edir. Mən könüllülərin bu Oyunlara göstərdiyi maraq və diqqəti yüksək qiymətləndirirəm. Son ay ərzində könüllülər üçün təlim proqramı hazırlamışıq. Bu proqram 8000 könüllümüzü lazımi bilik və bacarıqlarla təmin edir".

Nazir deyib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı yarışlar 16 idman arenasında keçiriləcək:

"Artıq 3000-dən çox idmançı yarışlarda iştirak üçün qeydiyyatdan keçib. Hələ qarşıda görüləcək işlər var. Biz bu Oyunlara yüksək həvəs və peşəkarlıqla hazırlaşırıq".

Daha sonra IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx təqdim edilib.

Oxşar xəbərlər

V İslam Həmrəyliyi Oyunlarının vaxtı müəyyənləşdi - Milli Məclisin deputatı məlumat verdi
İslam Oyunlarının estafeti Türkiyəyə verildi
Növbəti İslam Oyunlarının harada keçiriləcəyi məlum oldu
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına nə qədər bilet satılıb?
İslam Həmrəyliyi oyunlarına görə iclas

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər