reklam
Nazir “İdman Paytaxtı” Qazaxda
Sportfm.az xəbər saytı

Nazir “İdman Paytaxtı” Qazaxda


2026-cı ilin “İdman Paytaxtı” Qazax şəhərində İdman Festivalı keçirilir.

Sportfm.az xəbər verir ki, festivalda 13-15 yaşlı uşaqlardan ibarət idmançılar atletika, ağırlıqqaldırma, atıcılıq, badminton, basketbol, boks, cüdo, futbol, gimnastika, həndbol, alpinizm, qılıncoynatma, qış idman növləri, kamandan oxatma, reqbi, stolüstü tennis, su idman növləri, taekvondo, güləş, tennis, triatlon, velosiped, voleybol və üzgüçülük idman növləri üzrə təmsil olunurlar.

Festival çərçivəsində ilkin tibbi yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə, xilasetmə, konstitusiya, skautinq, AMADA və süni intellekt (AI) mövzularında təlimlər keçirilir. Bununla yanaşı, iştirakçılar arasında kamandan oxatma yarışı da təşkil olunub.

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, onlarla söhbət edib və suallarını cavablandırıb.

Səmimi şəraitdə keçən görüşdə müxtəlif idman növlərini təmsil edən iştirakçılar festivalla bağlı təəssüratlarını bölüşüblər.

Sonda Fərid Qayıbov idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, festivala noyabrın 22-də yekun vurulacaq.

Oxşar xəbərlər

Nazir medal qazanan idmançılarla görüşdü
Planetin ən böyük idman tədbiri start götürür - Paris-2024
Nazir idmançılarla görüşdü - uğurlu olanlarla
Əfran İsmayılov " İdman Ustası" oldu - FOTO
İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlər - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər