reklam
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olundu -
Sportfm.az xəbər saytı

Boksçumuzun erməni rəqibi diskvalifikasiya olundu -Avropa çempionatı


Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan təmsilçisi Səbuhi Əlizadənin erməni rəqibi İşxan Hovsepyan diskvalifikasiya olunub.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib yarışdan diskvalifikasiya olunub.

Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.

U-23 Avropa çempionatında 39 ölkədən 276 idmançı mübarizə aparır.

Oxşar xəbərlər

Boksçularımızın ilk rəqibləri bilindi - Avropa çempionatı
Boksçusu diskvalifikasiya olundu
Azərbaycan boksçusu dünya çempionatında 1/8 finalda
Daha 3 boksçumuz Avropa çempionatında qələbə qazandı
Rio-2016: Sotomayor finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər