Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Qazaxıstanın “Akas” klubunun U-19 komandasının məşqçilər heyəti “Qarabağ”ın əsas komandasının bazasında olublar.
Sportfm.az xəbər verir ki, qonaqlar Ağdam təmsilçisinin infrastrukturu, məşqlərin təşkili, futbolçuların qidalanması və bərpası prosesi ilə tanış olublar.
Onlar həmçinin, trenajor zalına baş çəkib, fiziki yüklənmələrə nəzarət və məşq prosesinin təhlilində istifadə olunan Catapult sistemi ilə bağlı məlumat əldə ediblər.
Səfər zamanı “Akas” nümayəndələri “Qarabağ”ın məşqini izləyib, baş məşqçi Qurban Qurbanovla təcrübə mübadiləsi aparıblar.
Hazırda “Akas”ın U-19 komandasının baş məşqçisi olan Dovran Kencaxunov 2026-cı ilin martında “Qarabağ”da bir aylıq təcrübə keçib.
“Akas”ın U-19 komandası bir neçə gün əvvəl “Qarabağ”ın əvəzedici komandası ilə yoxlama oyunu keçirmiş və 3:0 hesabı ilə qalib gəlmişdi.

Oxşar xəbərlər
"Qarabağ"ın gəncləri qazaxlara uduzdu
Futbolçu qızlarımız tələbələrlə görüşdü - FOTO
AFFA əməkdaşları “Kayrat”ın bazasında
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri Bakıda
"Qarabağ"ın məşqçisi A kateqoriyalı məşqçi kursunda təlim keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası