reklam
“Sumqayıt” böyük hesabla uduzdu -
Sportfm.az xəbər saytı

“Sumqayıt” böyük hesabla uduzdu -Premyer Liqa


Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatıb.
Sportfm.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə start verilib.

12-ci turun ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "İmişli" "Zirə"ni qəbul edib. Qonaqlar iki qolla hesabda önə çıxsalar da, meydan sahibləri Seyxan Fərəcovun dublu ilə bərabərliyi təmin edib. Fərəcov hər iki qolu penaltidən vurub.

Digər görüşdə isə "Sabah" "Sumqayıt"ın qonağı olub. Matçda paytaxt təmsilçisi 5:1 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "Sabah" turnir cədvəlində liderliyə yüksəlib.

20 noyabr (cümə)

19:00.“Sumqayıt” – “Sabah” - 1:5

Qollar: Ksander Severina, 22 (0:1), Sedrik Badolo, 30 (1:1), İvan Lepiniça, 42 (1:2), Timoteuş Puxaç, 55 (1:3), Aleksey İsayev, 67 (1:4), Xəyal Əliyev, 75 (1:5)

Qırmızı vərəqə: Lukas Blek, 32 ("Sumqayıt")
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Oxşar xəbərlər

"Zirə"dən xal itkisi - Premyer Liqa
“İmişli” “Zirə”yə, “Sumqayıt” “Sabah”a qarşı - Premyer Liqa
"Sumqayıt"dan qələbə - Premyer Liqa
"Qarabağ" "Sumqayıt"a qalib gəldi - Premyer Liqa
"Zirə" yavaş-yavaş "qalxır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər