reklam
Mata futboldan getdi
Sportfm.az xəbər saytı

Mata futboldan getdi


İspaniyalı yarımmüdafiəçi Xuan Mata peşəkar futbolçu karyerasını bitirib.

Sportfm.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, vida mesajında “Bəzən sevmək azad buraxmaq deməkdir. Təşəkkürlər, futbol” sözlərini yazıb.

Mata karyerası ərzində İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu olub. O, həmçinin 2012-ci ildə Çempionlar Liqasının, 2013 və 2017-ci illərdə isə Avropa Liqasının qalibi adını qazanıb.

İspaniyalı futbolçu karyerası ərzində “Real Madrid Kastilya”, “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray”, “Vissel Kobe”, “Vestern Sidney Uonderers” və “Melburn Viktori” klublarında çıxış edib. Mata İspaniya millisinin formasını 41 oyunda geyinib və 10 qol vurub.

Oxşar xəbərlər

Futboldan bir Kavani keçdi
Mata heç kimə lazım olmadı
"Heç bir futbolçu yaddan çıxarmamalıdır ki, biz necə şanslı insanlarıq" - Xuan Mata
Futbolçu maaşının bir faizini alacaq
Mourinyo qərarını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər