reklam
Salahdan tarixi rekord
Sportfm.az xəbər saytı

Salahdan tarixi rekord


Misir millisinin hücumçusu Məhəmməd Salah milli komandada tarixi rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, 34 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən və Misirin 5:0 hesablı qələbəsi ilə başa çatan oyunda iki qol vurub.

Bununla da Misir Futbol Assosiasiyasının statistikasına əsasən, Salahın milli komandada vurduğu qolların sayı 70-ə çatıb. Beləliklə, o, ölkə rekordunu yeniləyib.

Salah 176 oyunda 69 qol vuran Hossam Hasanı geridə qoyub. Misirli hücumçu bu göstəriciyə cəmi 123 matçda nail olub.

Qeyd edək ki, FİFA-nın rəsmi statistikasında Salahın hesabında 68 qol var. Bu fərq bəzi yoldaşlıq görüşlərinin FİFA tərəfindən rəsmi A kateqoriyalı beynəlxalq oyun kimi tanınmaması ilə əlaqədardır.

Salah özü də sosial şəbəkə hesabında soyunub-geyinmə otağında üzərində “70” yazılmış lövhə tutduğu fotosunu paylaşıb.

Oxşar xəbərlər

Salahdan “Trabzonspor”da rekord
Salah Misir millisində tarix yazdı
Misir yığması rekorda imza atdı - Afrika Millətlər Kuboku
Salah rekord qırdı
Salahdan yeni rekord - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər