reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın oyununa bütün biletlər satıldı


Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb.
Sportfm.az xəbər verir ki, bu haqda "Kəpəz"in saytı məlumat yayıb.

Bildirilib ki, 15363 yerlik Gəncə şəhər stadionunda təşkil olunacaq matçda mövsümün yeni rekordunun qeydə alınacağını gözlənilir. Məlumata görə, hazırda nə onlayn platformada, nə də fiziki kassada bilet qalıb.

Bununla əlaqədar olaraq, Gəncə şəhər stadionunun kassaları qarşıdakı günlərdə bağlı olacaq.

Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" görüşü noyabrın 22-də keçiriləcək və saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər

Gəncədəki oyuna cəmi 500 bilet qaldı
"Qarabağ"ın matçına 8400 bilet satıldı - Rekord
“Kəpəz” – “Şamaxı” oyununa böyük azarkeş marağı
"Qarabağ" - "Bayer" matçına bütün biletlər satıldı - Avropa Liqası
“Qarabağ” - “Bayer” matçına neçə bilet satıldı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər