reklam
İslam Həmrəyliyi oyunlarına görə iclas
Sportfm.az xəbər saytı

İslam Həmrəyliyi oyunlarına görə iclas


Bu gün İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədiylə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. Sportfm.az xəbər verir ki, iclasda İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər. Bu gün öz işinə başlayan və iki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək.
Koordinasiya komissiyasının ilk günü, saat 16.00-da media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Koordinasiya komissiyasının 2-ci günü isə müzakirə mərkəzində olacaq mövzular idmançıların iştirakı,idman yarışları, marketing, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləridi. Koordinasiya Komissiyasının 3-cü iclası İslam oyunlarına bir il qalmış, mayın 12-də baş tutmuşdu.

Oxşar xəbərlər

İslam Oyunlarının estafeti Türkiyəyə verildi
Növbəti İslam Oyunlarının harada keçiriləcəyi məlum oldu
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının V iclası keçirilir
İslam Oyunları üçün Bakıya toplaşırlar
Rio-2016: İslam Həmrəylik Oyunları Rioda təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər