reklam
Qələbə “Sabah” üçün ikiqat yubiley oldu
Sportfm.az xəbər saytı

Qələbə “Sabah” üçün ikiqat yubiley oldu


Misli Premyer Liqasının 11-ci turunda “Neftçi” ilə oyundakı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.

Sportfm.az xəbər verir ki, paytaxt klubu ölkə çempionatının yüksək dəstəsində 40-cı dəfə üç xal qazanıb. Bakılılar bunadək keçirdiyi 114 matçda 39 dəfə qalib gəlmişdi. 115-ci qarşılaşmada əldə olunan 3:2 hesablı nəticə 40-cı qələbə kimi tarixə düşüb.

Öz meydanında 20 dəfə üç xal qazanan “Sabah” səfərdə də 20-ci uğuruna sevinib. Paytaxt təmsilçisi 58-ci görüşdə bu rəqəmə çatıb.

Qeyd edək ki, “Sabah” həm Premyer Liqada, həm də səfərdə ilk uğurunu 2018-ci il avqustun 12-də “Keşlə” (indiki “Şamaxı”) ilə matçda əldə edib – 1:0.

 

Oxşar xəbərlər

"Sabah" üçün bir ilk
“Zirə”nin 20-ci səfər “sülh”ü
"Səbail"dən 10-cu ev qələbəsi
“Zirə” yubiley qələbəsini bayram etdi
“Keşlə” 150-yə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər