Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nazirlik balıq ovu festivalı keçirdi -FOTO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı baş tutub.
Sportfm.az xəbər verir ki, tədbirdə 20 idman federasiyasının nümayəndələri iştirak edərək balıq ovu üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində daha çox və ölçüsü daha uzun olan balıq tutmaq uğrunda mübarizə aparıblar.
Yarışın yekununda kişilər arasında Azər Məhərrəmov (Azərbaycan Bodibildinq və Fitnes Federasiyası) bütün rəqiblərini qabaqlayıb. Vüsal Qurbanov (Azərbaycan Su İdman Növləri Federasiyası) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Cavad Cavadov (Gənclər və İdman Nazirliyi) isə 3-cü yerin sahibi olub.
Qadınlar arasında 1-ci yerə Şəfəq Kərimova (Azərbaycan Voleybol Federasiyası) layiq görülüb. Ədibə Əliyeva (Azəridmanservis) 2-ci, Samirə Ağayeva (Azərbaycan Boks Federasiyası) isə 3-cü yer tutub.
Qaliblər Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və idman ictimaiyyətinin nümayəndələri arasında ünsiyyətin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.
Qeyd edək ki, idman məqsədi ilə təşkil edilən tədbirdə tutulan balıqlar yenidən suya buraxılıb. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyası bundan sonra da idmanın və sağlam həyat tərzinin təşviqinə xidmət edən bu cür tədbirlərin keçirilməsini davam etdirəcək.

Oxşar xəbərlər
Bakıda “Prezident Kuboku” keçiriləcək
2025-ci ilin ən yaxşıları - SİYAHI
Cüdo üzrə U-23 Bakı çempionatı keçiriləcək
Autizmli gənc və uşaqlar arasında ilk dəfə velosiped yarışı keçirildi - FOTO
Autizmli gənc və uşaqlar arasında ilk dəfə velisoped yarışı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası