reklam
Sportfm.az xəbər saytı

"Səbail"dən 10-cu ev qələbəsi


Premyer Liqanın 2019/2020 mövsümünə “Zirə” üzərində qələbə ilə başlayan “Səbail” yubiley uğuruna imza atdı.

Sportfm.az xəbər verir ki, “ASCO Arena”da 1:0 hesabı ilə qalib gələn bakılılar ölkə çempionatlarının yüksək dəstəsində 10-cu ev qələbəsinə nail oldu.

Premyer Liqada 2017/18 mövsümündə debüt edən bakılılar həmin vaxt 4, növbəti çempionatda 5 dəfə öz meydanında qalib gəlmişdi. Yubiley qələbəsi “Səbail”in 29-cu ev qarşılaşmasına təsadüf etdi. Çempionatlar tarixində 10 və daha çox qələbə qazanan 45-ci komanda olan “dənizçilər” bu göstəricidə “Ümid”ə (Cəlilabad) çatdı. Bakılılar ilk uğurunu 2017-ci il avqustun 19-da “Neftçi” ilə matçda əldə etmişdilər – 1:0.

Premyer Liqada ən çox ev qələbəsi qazanan komanda “Qarabağ”dır – 258.

Oxşar xəbərlər

Qələbə “Sabah” üçün ikiqat yubiley oldu
30-cu məğlubiyyət - Premyer Liqa
"Neftçi"nin yubiley qələbəsi - 250
20-ci səfər qələbəsi
“Zirə” yubiley qələbəsini bayram etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər