reklam
“Zirə” yubiley qələbəsini bayram etdi
Sportfm.az xəbər saytı

“Zirə” yubiley qələbəsini bayram etdi


“Zirə” Topaz Premyer Liqasının 2018/19 mövsümündə ilk qələbəsini qazanıb. 

Sportfm.az xəbər verir ki, 7-ci turun “Qəbələ” ilə matçında 1:0 hesabı ilə qalib gələn “qartallar” bununla da yubiley qələbəsini bayram edib. Qəsəbə klubu Premyer Liqada 40-cı dəfə 3 xala sevinib.

Bunadək “Zirə”nin hesabında 39 qələbə var idi. “Qartallar” 2015/16 mövsümündə 17 qarşılaşmada qalib gəlmişdi. Sonrakı mövsümdə 10 dəfə 3 xal qazanan komanda 2017/18 mövsümündə 12 dəfə uğur qazanıb.

“Zirə” evdə daha çox qələbə əldə edib. Öz meydanında 26-cı uğurunu qeyd edən “Zirə” futbolçuları səfərdə 14 dəfə 3 xal qazanıb.

Qeyd edək ki, komanda ilk qələbəsini 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda rəsmiləşdirib – 1:0.

Oxşar xəbərlər

"Zirə"dən 10-cu qələbə, 25-ci qol
20-ci səfər qələbəsi
“Sumqayıt”dan 70-ci qələbə
"Zirə"nin "Keşlə" ilə 17 dueli
"Zirə" "Azəri"yə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər